ABŞ-a satılmış yeganə “Bugatti Chiron” geri çağırılıb. Avtosfer.az-ın xəbərinə görə 3 milyon avro qiyməti olan yeganə nüsxə avtomobilin geri çağırılmasına səbəb 1 qaykanın boş bağlanması olub. Avtomobildə istifadə edilən 1800 bolt və qaykanın sıxılmasına kompüter nəzarət edir. Bu yaxınlarda məlum olub ki, qabaq asqənə kuzova bərkidən boltlardan biri 19 nyuton metr yerinə 9 nyuton metr güclə sıxılıb. Başqa sözlə, yarı güc tətbiq edilib.
Gündəlik həyatda rast gəldiyimiz avtomobillərdə belə hallar yüzlərlədir və qəzasız şəraitdə avtomobili illərlə idarə etmək mümkündür. Lakin sürəti 300 km/saatı aşan atomobildə isə hər detal xüsusi yoxlanmalı, texnoloji prosesə ciddi əməl olunmalıdır.
Vüqar
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man