İki ölkənin sərhədində 22 km tıxac yarandı, heç kimi zolağı pozmadı

Nəqliyyat xəbərləri 18 Aprel 2022 | 23:42
OXUNUB: 3863

Bu gün saat 12-14 arasında İsveçrə ilə İtaliya arasındakı Qotard tunelinin girişində tıxacın uzunluğu 22 kilometrə çatıb. Avtosfer.az-ın xəbərinə görə, bu tuneldə tıxac rekordu 1999-cu ildə qeydə alınıb. Həmin ilin may ayında tıxacın uzunluğu 29 km-ə çatırdı. Axşam saatlarında tıxacın uzunluğu nisbətən azalıb.

İtaliyanın gömrük nəzarəti məntəqəsi qarşısında isə tıxacın uzunluğu 4 km-ə düşüb. 
Nəqliyyat sıxlığına səbəb isveçrəlilərin kütləvi şəkildə həftə sonu İtaliyaya getməsidir. İtaliyadan İsveçrəyə hərəkətdə isə seyrəklik müşahidə olunur. 
Burada maraqlı bir məqam da var: sürücülər hamısı eyni xətt üzrə hərəkət edir. Sağ tərəfdəki ehtiyat yol boş olsa da, heç kim ora çıxmır. 
PS. İsveçrədə xüsusi ayrılmış yola çıxmağa görə cəza da böyükdür – 110 frank, təxminən 200 AZN.

 

Vüqar

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man