Zooparka gedənlərin diqqətinə- Şəxsi avtomobillərdən istifadə etməyin - VİDEO

Nəqliyyat xəbərləri 13 Aprel 2022 | 13:38
OXUNUB: 996

Heyvanlarının sayı artırılıb, ərazisi abadlaşdırılıb. Ancaq avtomobil saxlamağa yer tapılmır. Görüntülər Bakı Zooloji parkının ətrafındandır. Xüsusilə istirahət günlərində buranı ziyarətə gələnlər nəqliyyat vasitələrini park etməkdə çətinlik çəkirlər. Çünki zooparkın daxilindəki parklanma yeri məhdud saydadır və təlabatı ödəmir.

Avtomobillərini dayanma-durmanın qadağan edildiyi ərazidə park etmələri isə sürücülərə baha başa gəlir.

Parklanma problemi ərazidə nəqliyyatın hərəkətinə də mane olur. İstirahət günlərində bu yolda həmişə uzun tıxaclar yaranır.

Zooloji parkdan xəbər ertəsinə bildirildi ki, sözügedən ərazidəkiparklanma yeri 30 avtomobil üçün nəzərdə tutulub. Digər nəqliyyat vasitələri yol kənarlarında park edilə bilər. Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin əməkdaşı Araz Əsgərli isədeyir ki, Zooparka gələn şəxslər avtomobillərini yalnız xüsusi təyinatlı parklanma yerində saxlamalıdırlar. Belə yerlər də məhdud olduğundan, qurum rəsmisi vətəndaşlara istirahətə gələrkən ictimai nəqliyatdan istifadəni tövsiyə edir. Əks halda dayanma-durma qaydalarını pozan sürücüləri 20 manatdan 40 manatadək cərimə gözləyir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man