Hadisə İspaniyada baş verib. Avtosfer.az-ın lerepairedesmotards.com-a istinadla xəbərinə görə, kataloniyalı Ferrari sürücüsü radara düşməmək üçün avtomobildə radarların siqnalına mane olan sistem quraçdırıb: 4 gizli anten, 1 elektromaqnit dalğa generatoru və radioelektron maneə yaradan sistem bloku. Buna görə də gənc sürücü radarların altından 200 km/s sürətlə keçsə də, cərimə gəlmirdi. Amma bu gün vəziyyət başqa cür olub.
Bu avtoş arxayın şəkildə tam sürətlə polisin yanından keçərkən qanun keçikçilərində şübhə doğurub: bir qayda olaraq ən intizamsız sürücü də polis görəndə sürəti azaldır. Amma bu “qoçaq” gəldiyi kimi yoluna davam edib.
Avtomobil təqib edilib saxlandıqda hər şey məlum olub. Avtomobilin kapotunun altında əməlli-başlı antiradar sistemi var imiş.
Beləliklə, sürücü 6000 avro və 6 bal cərimələnib.
Məqalə müəllifi qeyd edir ki, sürücünün bəxti gətirib. Vaxtaşırı qonşu Fransaya yolu düşən sürücü burada da at oynadıb. Lakin Fransada yaxalansa bu qayda pozuntusuna görə həm pulu, həm vəsiqəsi, həm də avtomobili əlindən çıxacaqdı.
PS. Əslində bu avtoşun kifayət qədər bacarıqlı şəxs olması şübhə doğurmur. Bu gənc aylardır 2 ölkədə radarları aldada bilib. Amma Rusiya kimi böyük dövlət PUA-ların siqnalını qarışdıran sistemi neçə illərdir hazırlayıb ortaya çıxara bilməyib. Onların radioelektron mübarizə vasitələri həm Qarabağda, həm də Ukraynada Bayraktara, Haropa asan yem olub.
Bəlkə bu ispanı rus ordusuna işə götürsünlər?
Vüqar
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man