Buxar avtomobilini elektromobilə çevirdilər - FOTO

Nəqliyyat xəbərləri 05 Aprel 2022 | 08:51
OXUNUB: 1332

19-cu əsrin ortalarında buxar mühərrikləri geniş yayıldığı üçün onlar təkcə sənayeyə deyil, nəqliyyata da ayaq açdı. Avtosfer.az-ın xəbərinə görə, bu texnika yalnız gəmi və parovozlarda uğur qazandı. Avtomobildə isə özünü doğrultmadı. Bunun başlıca səbəbi buxar mühərrikinin ağır olmasıdır. Bu da son nəticədə buxar texnikasının daxili yanma mühərriki ilə əvəzlənməsinə gətirib çıxardı.
Fransız mühəndis Amede Bolenin də 1878-ci ildə layihələndirdiyi “Mancelle” adlı avtomobil (hərfi mənada – yəni özüyeriyən) də buxar mühərrikinin ucbatından ciddi uğur qazanmadı. Avtomobilin kütləsi 2800 kq, maksimal sürət 35 km/saat idi. O dövr üçün bu çox yüksək rəqəm olsa da, məhsul kommersiya baxımından uğurlu olmadı və cəmi 50 ədəd istehsal edildi. 
Bununla belə, avtomobilin müəyyən nailiyyətləri də oldu: nəqliyyat vasitəsi 1878-ci ildə Parisdə keçirilən I Beynəlxalq Sərgidə iştirak edən ilk və yeganə  avtomobil kimi tarixə düşdü. Bu həm də seriya ilə istehsal edilmiş ilk avtomobildir.
Bu günlərdə 23 yaşlı fransız gənc “Mancelle”in dövrümüzədək gəlib çatan nümunələrindən birinin bərpasını başa çatdırıb. İxtisasca dizayner olan bərpaçı avtomobili elektrik mühərriki ilə təchiz edib. Bununla belə, 5 il zəhmətdən sonra həyata ikinci dəfə vəsiqə alan avtomobilin zəncirli transmissiyası və taxta təkərləri saxlanılıb. Konstruksiyanı yüngülləşdirmək üçün buxar mühərriki və onun la əlaqəli detallar çıxarılıb. 
Bərpadan sonra nəqliyyat vasitəsi avtomobil muzeyində sərgilənir.

 

Vüqar

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man