Novxanıda “Range Rover”lə 4 nəfəri öldürən klub prezidentinə AĞIR CƏZA - FOTO - VİDEO

Nəqliyyat xəbərləri 31 Mart 2022 | 14:54
OXUNUB: 4825

Bakı Ağır Cinayətlər Məhkəməsində Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədək dörd nəfərin ölümünə səbəb olan iş adamı, “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az xəbər verir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib və təqsirləndirilən şəxs son söz deyib. Təqsirləndirilən şəxs avtomobili idarə edərkən sərxoş olmadığını bildirib: Mən heç zaman spirtli içki qəbul etməmişəm. Hadisə olan zaman da sərxoş deyildim. Götürülən analizdən də bu məlum oldu”.

Daha sonra məhkəmə müşavirəyə yollanıb. Müşavirədən sonra məhkəmə hökmü elan olunub.

Hökmə əsasən, E.Kəlbəliyev 9 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror da çıxışında E.Kəlbəliyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, bu il iyunun 14-də gecə saat 1 radələrində Binəqədi rayonunun “Novxanı bağları” sahəsində Abşeron rayon sakini E.Kəlbəliyevin idarə etdiyi “Range Rover” və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillər toqquşub. Nəticədə M.Ziyadov və sərnişinləri - paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb, E.Kəlbəliyev və sərnişini Ə.Əliyevə xəstəxanada tibbi yardım göstərilib. Daha sonra E.Kəlbəliyev hadisə ilə bağlı istintaqa cəlb edilərək həbs olunub. Xatırladaq ki, E.Kəlbəliyev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir. O, “Qurtuluş 93”də satış müdiri vəzifəsində çalışıb və “Əlincə” futbol klubunun prezidenti olub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man