TOYOTA-dan 10 zəmanət paketi - Avtomobilinizi inamla idarə edin

Nəqliyyat xəbərləri 31 Mart 2022 | 14:00
OXUNUB: 807

Avtomobillərinin yüksək keyfiyyəti və etibarlılığı bir çox illər ərzində Toyota-nın uğur açarı olub. İş proseslərinin hər səviyyəsində davamlı təkmilləşdirmə fəlsəfəsi onun böyük nailiyyətlər əldə etməsinə və istehlakçılarının qəlbində layiqli yer tutmasına imkan yaradıb.

Uzun illər boyunca Toyota təkcə yüksək keyfiyyətli və innovativ nəqliyyat vasitələrinin inkişafına deyil, həm də dünya miqyas xidmət sektorunda məhsulların inkişafına diqqət yetirərək öz istehlakçılarını heyrətləndirməyə davam edib.

Bu dəfə isə Toyota, Azərbaycandakı istehlakçılarına tamamilə yeni məhsul təklif edir: Həm yeni, həm də işlənmiş avtomobilləri 10 ilədək zəmanət təmin edən Toyota 10.

 

10 İL/160 000 km yürüşə qədər Toyota 10 zəmanəti

Hər bir yeni Toyota avtomobili Toyota 10 proqramı çərçivəsində 10 illik zəmanət ilə əhatə olunur. Bu proqram, Toyota mərkəzlərində müntəzəm texniki xidmət göstərildiyi təqdirdə ilkin 3 illik istehsalçı zəmanətini uzatmaq imkanı verir.

12 aylıq zəmanət rəsmi Toyota Mərkəzində hər növbəti texniki xidmətdən sonra avtomatik olaraq aktivləşir. Bu mexanizm 160 000 km yürüş və 10 il istismar (hər hansı tez baş verərsə) tamam olana qədər davam edəcəkdir.

Müştərilərin rahatlığı Toyota-nın ən mühüm məqsədlərindən biridir.

 

Sadiq münasibətin mükafatlandırılması

Toyota 10, müştərilərimizin rəsmi Toyota dilerlərinə olan sadiqliyinə bir növ minnətdarlıqdır. Bu zəmanətdən yararlanmaq üçün edilməli olan yeganə şey, orijinal istehsalçı zəmanətinin müddəti bitdikdən sonra avtomobilinizi servisə gətirməkdir. Bu halda, Toyota 10 zəmanəti, səlahiyyətli Toyota dilerlərində hər müntəzəm texniki xidmətdə bir il müddətinə yenilənəcək və 10 il/160 000 kilometr tamamlanana qədər etibarlı olacaq.

 

Avtomobilinizi inamla idarə edin

Toyota 10 paketinin aktivləşməsi və zəmanətinin uzadılması üçün avtomobil aşağıdakı meyarlara cavab verməlidir:

İstehsalçı zəmanət müddəti bitməlidir (Toyota-nızın yaşı 2 ildən və ya yürüşü 90 000 kilometrdən çox olmalıdır).

Avtomobilə rəsmi Toyota dilerləri tərəfindən texniki xidmət göstərilməlidir.

Avtomobilin yaşı 10 ildən və yürüşü 160 000 km-dən çox olmamalıdır.

* Avtomobil Qafqaz regionunda (Azərbaycan, Gürcüstan) rəsmi dilerdən alınmalıdır.

 

Zəmanətin müddəti

Toyota 10 paketinin bir hissəsi kimi, zəmanət texniki xidmət başa çatdıqdan sonra aktivləşdiriləcək və 1 il və ya 10 000 km yürüşdən sonra başa çatacaq (hər hansı tez baş verərsə).

Əlavə məlumat üçün rəsmi Toyota dilerləri ilə əlaqə saxlayın:

 

Toyota Bakı Mərkəzi

•             Fəzail Bayramov küç., 26, Bakı, Azərbaycan

•             Telefon: (+994) 12 496 70 10 / (+994) 12 496 70 11

•             Fax: (+994) 12 496 70 12

•             E-mail: [email protected]

•             Website: www.toyotabaku.az

 

Toyota Abşeron Mərkəzi

•             Bakı-Sumqayit şossesi 6-cı km, Bakı, Azərbaycan

•             Telefon: +994 12 349 00 60 / *0110

•             E-mail: [email protected]

•             Website: www.toyota-absheron.az

 

Toyota Gəncə Mərkəzi

•             *Gəncə-Şəmkir şosesi 1-ci km, Gəncə, Azərbaycan

•             Telefon: (+994) 22 259 25 25

•             E-mail: [email protected]

•             Website: www.toyotaganja.az

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man