Hadisə Fransanın İndra və Luara departamentində baş verib. Avtosfer.az-ın “Figaro”ya istinadla xəbərinə görə, axşam saatlarında polis bir avtomobilin əks istiqamətdə hərəkət etməsi barədə 50-dən çox xəbərdarlıq alıb. Kameralara baxış zamanı sürücünün 80 yaşlı kişi olduğu üzə çıxıb. Jandarmlar artıq onu prokurorluğa təhvil verib. Yaşlı kişiyə başqasının həyatını təhlükədə qoyma – ağırlaşdırıcı halda maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Fransa Cinayət məcəlləsinin 223-cü maddəsinə əsasən bu cinayət 3 ilədək həbs və 45 000 avro cərimə ilə cəzalandırılır. Ağırlaşdırıcı hallarda cəza 5 il həbs və 75 000 avro cəriməyədək arta bilər.
Vüqar
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man