Dünyada 105 yaşlı ilk uçan avtomobil bu imiş - FOTO

Nəqliyyat xəbərləri 30 Mart 2022 | 08:49
OXUNUB: 881
Bu gün tıxaclara qarşı mübarizə yollarını axtaranlar uçan avtomobil üzərində baş sındırır. Hətta uçan taksi layihələndirənlər də var. Lakin uçan avtomobil ideyası sən demə, 21-ci əsrin ideyası deyilmiş. Avtosfer.az-ın xəbərinə görə, dünyada ilk uçan avtomobilin (daha doğrusu prototipin) ideya müəllifi amerikalı Qlen Kurtis hesab edilir. O, hələ 1917-ci ilin əvvəllərində öz ideyasını ictimaiyyətə açıqlayır və “Curtiss Autoplane” adlı maşın 3 ay sərgilənir. 
O dövrün qəzetlərinə görə, avtomobil hava ilə soyudulan 100 at gücündə V8 mühərriki ilə təchiz olunmuşdu. Güc mühərrikdən vintə qayışla ötürülürdü. Nəqliyyat vasitəsi o dövrün təyyarələrini də xatırladırdı. Maşın sürücü də daxil olmaqla 3 nəfər üçün nəzərdə tutulmuşdu.
Əvvəl layihə ciddi maraq doğursa da, həmin ildə ABŞ müharibəyə girdiyi üçün Kurtis təyyarə istehsalı zavodunda ordunun ehtiyaclarını ödəmək üçün işə başlayır və layihə unudulur. Beləcə, dünyanın ilk uçan avtomobilinə havaya qalxmçaq nəsib olmur.
Lakin fakt faktlığında qalır: 105 il ərzində uçan avtomobil konsepsiyası çox da dəyişməyib. Dəyişən yalnız texniki parametrlərdir.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man