Yaponiyadan ölkəmizə hibrid avtomobillərin idxalı kəskin artıb

Nəqliyyat xəbərləri 29 Mart 2022 | 13:49
OXUNUB: 878

Bu ilin yanvar ayında Azərbaycana 10,271 mln. ABŞ dolları (17,461 mln. manat) dəyərində 1 137 vahid hibrid avtomobili (daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri) idxal edilib.

Avtosfer.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, hibrid avtomobillərin idxalı 2021-ci ilin eyni ayı ilə müqayisədə miqdar ifadəsində 2,5 dəfə, dəyər ifadəsində isə 4,4 dəfə artıb.

İdxal olunan hibrid avtomobillərinin 90,9%-i Yaponiyadan gətirilib. Belə ki, 2022-ci ilin yanvar ayında Azərbaycan Yaponiyadan 7,632 mln. dollarlıq (12,975 mln. manat) 1 034 vahid hibrid avtomobili idxal edib, bu da ötən ilin analoji ayı ilə müqayisədə miqdar ifadəsində 2,4 dəfə, dəyər ifadəsində isə 4,2 dəfə çoxdur.

Qeyd edək ki, 2021-ci il ərzində Azərbaycana 76,592 mln. dollar (130,206 mln. manat) dəyərində 12 936 hibrid avtomobili tədarük olunub. Təkcə Yaponiyadan isə ölkəyə 61,970 mln. dollarlıq (105,349 mln. manat) 12 310 hibrid avtomobili ölkəyə gətirilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man