Azərbaycanda elektrik mühərrikli avtonəqliyyat vasitələrindən istifadə üzrə infrastruktur genişləndiriləcək.
Avtosfer.az xəbər verir ki, bunu Energetika Nazirliyinin nümayəndəsi Rauf Qurbanov deyib.
Onun sözlərinə görə, hazırda parklanma yerlərində bu infrastrukturun yaradılması ilə bağlı altı tədbir nəzərdə tutulur.
"Həmin tədbirlər çərçivəsində avtomobil parkinqlərində enerji doldurma məntəqələrinin yaradılması, elektrik və hibrid avtomobillərin dayanacaqdan, eyni zamanda ödənişli yollardan gələcəkdə güzəştli istifadə edilməsi nəzərdə tutulur", - deyə R. Qurbanov qeyd edib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man