Naviqator xətasına görə market əvəzinə qonşu ölkəyə getdi: 200 km  

Nəqliyyat xəbərləri 23 Mart 2022 | 09:17
OXUNUB: 3150

Ötən gecə Belçika polisi Niderland nömrəli avtomobilin yol kənarında dayandığını görərək vəziyyətlə maraqlanıb. Avtosfer.az-ın xəbərinə görə, sürücü qadın fransızca bilmədiyi üçün polis işçisi gecə yarısı Holland dili bilən tərcüməçi dostunun köməyindən istifadə edib. Söhbət əsnasında məlum olub ki, Niderland vətəndaşı olan 85 yaşlı qadın sürücü GPS naviqatorun köməyi ilə evindən 8 km aralıdakı marketə getmək istəyib. Lakin cihaz düzgün proqramlaşdırılmadığı üçün o, 200 km qət edərək Belçikanın Ruazin kommunasına gəlib çıxıb. 
Gecə yola çıxmaması üçün polis qadını idarəyə gətirib. Burada naviqator tənzimlənib və səhər qadın vətəninə yola salınıb.

Məsələ ilə bağlı Niderland polisi də məlumatlandırılıb.

PS. Sərhəd nəzarətinin yoxluğu bəzən belə kuryozların yaranmasına səbəb olur.

 

Vüqar Yaşaroğlu

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man