"Jiquli" və "Lada":istehsal fərqləri - FOTO

Nəqliyyat xəbərləri 21 Mart 2022 | 13:00
OXUNUB: 1661

Son həftələrdə dünyanın əsas müzakirə mövzusu Ukrayna olduğu üçün çoxları bu məsələ barədə rəy verir, fikir irəli sürür. Bir sözlə, bütün dünyada eyni tendensiyadır. Lakin yeganə fərq, bəzi ölkələrdə və bəzi “ekspert”lərin absurd fikirlər ortaya qoymasıdır.  Bu, xüsusən də rusdilli medianın təbliğatına uyanların çoxluq təşkil etdiyi ölkələrdə müşahidə olunur. 
Bizim məqsədimiz avtomobillə bağlı “proqnozlara” münasibət bildirməkdir. Rusiyada avtomobil zavodlarının demək olar hamısının dayandığı heç kimə sirr deyil. Lakin Rusiya mediasında bunun “müsbət” tərəfləri barədə danışılır. Guya, bu, Rusiyanın öz avtomobil sənayesini çox qısa müddətə, hətta bir-neçə aya dirçəltməyə imkan verəcək.  Bu fikri çox təəssüf ki bəzi yerli ekspertlər də təkrarlayır. Bəs reallıq necədir?

Tarixə nəzər salaq:
Rusiya avtomobil sənayesi çar Rusiyasının “Russo Balt”ından “Lada”ya qədər hər zaman xarici komplektləşdiricilərdən asılı olub. Elə götürək hamının yaxşı tanıdığı “Jiquli”ni. Sovet dövründə istehsal edilmiş modellərdə detalların çoxu Avropadan gəlirdi. Bunlardan bəzilərinə diqqət edək:
Kuzov üçün metalı Fransanın “Arselormital” şirkəti təmin edirdi. Bu gün Rusiya və Ukraynada fəaliyyətini dayandırdığı üçün 50 000 nəfər işsiz qalıb.
Elektrik avadanlıqları və optika Bolqarıstan, Macarıstan, Çexoslovakiya, Polşa, İtaliya və ADR-dən alınırdı.
Kuzov üçün boya və qoruyucular ADR, AFR və Yuqoslaviyadan gəlirdi.
Mühərrikdəki plastik detallar AFR və Fransadan alınırdı.  
Akkumulyatorları Yuqoslaviya yollayırdı.
Təkərləri Çexoslovakiyanın məşhur “Barium” firması və fransız “Michelin” təchiz edirdi.
İstehsal konveyerini İtaliya qurmuşdu, əksər avadanlıqlar Almaniya, Fransa və Norveçə aid idi. 
Bir haqlı sual yaranır: bu detallar Sovet ittifaqında istehsal edilmirdimi?
Əlbəttə edilirdi, lakin sovet istehsalı adətən ehtiyat hissə qismində satılırdı, həm də keyfiyyət Avropa detallarından aşağı idi. Üstəgəl, sovet rəhbərliyi Avropa ölkələrini özündən asıllı vəziyyətdə saxlamaq üçün bu yollara baş vururdu. SSRİ böyük bazar olmaqla yanaşı, bütün sövdələşmələr dövlətlə aparıldığı üçün etibarlı ticarət tərəfdaşı idi.
1991-ci ildən sonra VAZ bütün detalları yerli tədarükçülərdən almağa başladı və keyfiyyət uçurumu baş verdi. 


Ötən aya qədər də “Avtovaz”ın istehsalının 70%-i Avropa və Türkiyədən gələn detallara əsaslanırdı. Yalnız “Niva” 80% rus detalları ilə yığılırdı. Onun da mühərrik elektronikası xaricidir. 
Bəs indi Rusiya detal istehsalını qısa vaxtda lokallaşdıra bilərmi? Əyani misal deyək: bir avtomobil qapısının ştamplanması üçün azı 5 növ pres tələb olunur. Bir avtomobildə 4 qapı olduğu üçün 20 növ presə ehtiyac var. Konveyerin dayanmaması üçün hər növdən azı 10 pres olmalıdır. Bunları işlədən mütəxəssislər, preslərin istehsalı və alınması da uzun işdir. Ümumiyyətlə, indiki halda kimsə sanksiyadan çəkinməyərək Rusiyaya texnologiya satacaqmı? Cavab ritorikdir.
Bu problemlə üzləşən təkcə “Lada” deyil. Ənənəvi istehsalçılar, o cümlədən hərbi avtomobili istehsalçıları da oxşar problemlə qarşılaşıblar. Sovet vaxtında hərbi avtomobillərin detalları bütövlükdə SSRİ ərazisində istehsal olunurdu. İndi isə UAZ, KAMAZ və URAL da xaricin ümidinə qalıb. Bu markaların bəzi modellərinin detallarının 80%-i Çin, Koreya və Avropada hazırlanır. Təsəvvür edin ki, vaxtilə dünyanın ən yaxşı hərbi avtomobilləri olan UAZ və URAL-ın transmissiya sistemi Çİn və Koreyada yığılır!
Kimsə deyə bilər ki, Avropa yoxdur, Çin var. Amma Çinin özündə də nəyisə sifariş verdikdə müəyyən vaxt gözləmək lazım gəlir. Avtomobil detalı kompüter və ya telefon kimi qabaqcadan istehsal edilib anbara yığılmır. Bir də ki, detal hazır olsa belə, onu almağa valyuta lazımdır. Digər tərəfdən, Çİn şirkətləri sanksiya riskinə görə rusiyalı istehsalçılarla çox da yaxınlaşmaq istəmirlər.
Sözüm odur ki, SSRİ və Rusiyada avtomobil istehsalı prinsipcə kəskin fərqlənir. Bu səbəbdən sanksiya şəraitində avtomobil istehsalının yaxın aylarda bərpa edilməsi yalnız möcüzə sayəsində mümkündür. İqtisadiyyatda isə möcüzə baş vermir.

Vüqar Yaşaroğlu 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man