Sürücüsüz nəqliyyat vasitələri artıq reallıqdır. Radar və peyk rabitə sistemi ilə təchiz olunmuş avtomobillər on ildən çoxdur test edilir. Sürücünün xüsusi hallarda müdaxiləsi üçün bu maşınlar sükan və pedalla təmin olunur. İndi növbə başqa texnikanındır.
Avtosfer.az xəbər verir ki, ABŞ-ın Yol Təhlükəsizliyi Agentliyi yeni model avtomobillərin üzərində işləməyə icazə verib. Artıq prototiplər də hazırdır. Bu maşınlarda sürücünün işi yalnız proqram təminatına gediləcək yeri seçmək olacaq. Agentlik bu modellər üçün pedal və sükanın tam lüzumsuz olduğunu bildirib.
Lakin bir tələb dəyişməz olaraq qalır. Təhlükəsizlik klassik modellərdəki kimi yüksək səviyyədə olmalı, uşaqlar qabaq oturacaqda əyləşməməlidir.
Vüqar
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man