“TOSOIL” şirkətinin fəaliyyətində "keyfiyyət və düzlük" şüarı əsas meyardır

Nəqliyyat xəbərləri 18 Mart 2022 | 14:05
OXUNUB: 1331

Sürücülərin inamla istifadə etdiyi “TOSOIL” şirkəti 1997-ci ildə yaradılıb. Şirkətin əsas fəaliyyəti yanacaqdoldurma və qazdoldurma məntəqələri vasitəsi ilə yanacağın pərakəndə satışından ibarətdir. Şirkət bu gün Abşeron yarımadasının bütün əsas iqtisadi zona və istiqamətlərini əhatə edir və 10 yanacaqdoldurma məntəqəsi (YDM) və 3 qazdoldurma məntəqəsini (QDM) istismar edir. Həmin məntəqələr yüksək keyfiyyətli materiallardan tikilib və dünyanın aparıcı ölkələrində istehsal edilmiş ən müasir avadanlıqlarla təchiz edilib.
Məntəqələr həmçinin, yanğın əleyhinə mühafizə və təhlükəsizlik sistemləri, video müşahidə və həyəcan düymələri sistemləri, yanacağın keyfiyyətinə nəzarət sistemləri və avtomatik idarəetmə sistemləri (AİS) ilə təchiz edilib. Həmçinin avtodoldurma məntəqələrində müştərilərin xidmətinə verilmiş avtoemalatxnalar, avtoyumalar və "Fasd Food" fəaliyyət göstərir.
Şirkətin avtoparkında texniki xidmət üçün nəzərdə tutulan minik avtomobillərindən başqa Avropanın aparıcı ölkələrində istehsal edilmiş olan 4 ədəd avtoçən maşınları da var ki, onların keyfiyyəti texniki təhlükəsizliyin bütün tələblərinə cavab verir. Bu isə yanacağın vaxtlı-vaxtında və təhlükəsiz olaraq günün istənilən saatında və istənilən hava şəraitində çatdırılmasına imkan verir.
Şirkətin əsas məqsədi xidmətin yüksək səviyyəsinin təmin edilməsi və müştərilərin məmnunluğudur. Şirkət rəhbərliyi prioritet vəzifə kimi qarşısına müştərilərə servis xidmətlərin göstərilməsinin daim artan keyfiyyəti, ciddi nizam-intizama riayət edilməsi, tələbkarlıq və peşə vərdişlərinin təkmilləşdirilməsi vəzifəsini qoyur və “Keyfiyyət və Düzlük” şüarını fəaliyyətinin əsas istiqaməti hesab edir.
Müştərilərin rahatlığının təmin edilməsi və göstərilən xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə 2011-ci ildən başlayaraq “TOSOİL” şirkəti müştərilərinə yanacaqdoldurma məntəqələrində VİSACard, MASTERCard kimi ödəniş kartları il də xidmətlər göstərir.
Daim müştəri məmnuniyyətini təmin etməyə çalışan TOSOİL şirkəti bonus kart sistemində daha bir dəyişiklik etməklə sürücülərin rahatlığını təmin edib. Belə ki, əvvəllər sürücülər bonuslarını yoxlamaq üçün yanacaqdoldurma məntəqələrinə gəlməli idilərsə, artıq bunu çox rahat şəkildə tosoil.az saytında yoxlaya bilərlər. Həmçinin şirkətin qaynar xətt xidməti də istifadəyə verilib ki, müştərilər istənilən problemlə bağlı müraciət edə bilərlər. Bütün fəaliyyəti ilə “keyfiyyət və düzlük” şüarına sadiq qalan şirkət hər zaman müştəri məmnuniyyətini təmin etməkdə davam edir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man