Yeni növ radarlar işə düşür: motosikletçilərin işi çətinləşir

Nəqliyyat xəbərləri 16 Mart 2022 | 10:47
OXUNUB: 3810

Motosikl sürücülərinin sürət rejiminə və ümumiyyətlə qaydalara məhəl qoymamasına hər yerdə rast gəlinir. Lakin bunun da çarəsi tapılıb. Avtosfer.az-ın xəbərinə görə, Fransanın Nant şəhərində 2 ildir sınaq rejimində işləyən ikiyönlü radar özünü doğrultduğu üçün sertifikatlaşdırılıb. Yaxın vaxtlarda geniş tətbiq olunacağı bildirilir. Bəs bu radar necə işləyir?

İkiyönlü radarın iş prinsipi stasionar radardan fərqlənmir. Sadəcə olaraq bu radarlar sürət həddini aşan avtomobili arxadan, yəni radarı keçdikdən sonra da çəkdiyi üçün motosikletçiləri və qabaq nömrəni açan sürücüləri asanlıqla müəyyən etmək mümkün olur. Bir sözlə, motosiklet sürücüləri və qabaq nömrəni açanlar cəzadan yayınmaq üçün yeni metod axtarmalı olurlar. 

Tormoz radarı isə konkret olaraq stasionar radarların yerini bilənlər üçündür. Sistem belə işləyir: stasionar qüllə radarından əvvəl və sonra 4 radar quraşdırılır və bunların yeri sürətli dəyişdirilir. İlk radarlar qülləyəqədərki sürəti, digərləri isə qüllədən sonrakını nəzərə alır. 5 radarın sinxron işi sayəsində sürücünün yolda kəskin tormozlaması və ya sürətlənməsi məlum olur. Yüksək sürətlə gəlib stasionar radara yaxın sürəti kəskin azaldan sürücüyə isə qəza riski yaratmaya görə cərimə gəlir. 

Sual olunur: bəs sürücü radardan əvvəl xəbərdaredici nişanı görmürmü? Cavab sadədir: əksər Avropa ölkəsində radarla bağlı xəbərdarlıq işarəsinin qoyulması məcburi xarakter daşımır. Bu işarənin qoyulması bələdiyyənin səlahiyyətindədir. 

Bu yerdə bir xalq məsəli yerinə düşür: atam bicdir, kündəni sayır, anam bicdir kündəni kəsir. Yəni, polis də texnoloji yenilikləri tətbiq edir və qayda pozanların fəaliyyət dairəsini daraldır.

 

Vüqar

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man