Bu avtomobil sahiblərinin diqqətinə: Ustalar xəbərdarlıq edir - VİDEO

Nəqliyyat xəbərləri 14 Mart 2022 | 16:07
OXUNUB: 917

Son dövrlər dizel yanacağı ilə işləyən avtomobillərə maraq artıb. Bu da səbəbsiz deyil. Çünki belə nəqliyyat vasitələrinin yanacaq sərfiyyatı həm azdır, həm də ucuz.

Ancaq bu avtomobillərin də öz problemləri var. Məsələn, mühərriklərindən daha çox səs gəlir. Nasazlıq yarananda isə səs bir qədər də artır. Ancaq bəzi sürücülər kustar üsulla bunun qarşısını ala bilirlər. Dizel yanacağına müəyyən miqdarda mühərrik yağı əlavə etməklə buna nail olmaq mümkündür.

Bizim.Media xəbər verir ki, Avtomobil ustası Sahil Ağabəyli isə deyir ki, dizelə hər hansı bir yağın qatılması mühərrikdə müxtəlif problemlər əmələ gətirir.

Ustanın sözlərinə görə, AVRO 3-ə qədər olan mühərriklərə yalnız xüsusi qatqılar əlavə etmək mümkündür. Sürücülər isə müxtəlif fikirdədilər. Ustaların tövsiyələrinə əməl edənlər də var, etməyənlər də.
Sahil Ağabəyli deyir ki, yeni model dizel mühərriklərinə az miqdarda benzin qatıla bilər.

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man