Neftin bahalaşması Azərbaycanda benzinin qiymətinə təsir edəcək? - VİDEO

Nəqliyyat xəbərləri 07 Mart 2022 | 21:30
OXUNUB: 3096

Dünya bazarında enerji daşıyıclarının qiyməti kəskin artımla yeni rekordlara yol açır. Rusiya-Ukrayna müharibəsinin proqnozlara uyğun olmayan müddətdə uzanması isə daha uzun müddətə bahalaşma vəd edir. Hər halda dünyanın əsas neft-qaz ixracatçılarından olan Rusiya müharibə iştirakçısıdır və ciddi sanksiyalarla üz-üzə qalıb. Bu da enerji daşıyıcılarının qiymətlərinə birbaşa təsir edir. Bəs bu vəziyyət Azərbaycanda Aİ 95 və Aİ 98 markalı benzinlərin qiymətinə necə təsir edər?

Rusiya ilə Qərb arasında iqtisadi bağların qopması enerji daşıyıcılarını bahalaşdırmaqda davam edir. İri neft-qaz ixracatçısı olan Rusiyanın qərb tərəfindən sanksiyalara məruz qalması qlobal iqtisadiyyata yaxın gələcək üçün təhlükə vəd edir. Ekspertlər düşünürlər ki, bundan Avropa da təsirlənəcək... Dünyada əsas neft və qazın idxalçılarından olan Avropa enerji daşıyıcılarını baha qiymətə almağı gözə alıb, lakin əlavə mənbələrə olan ehtiyac indi çox sayda ölkəni qlobal bazarda neft-qaz axtarışına çıxarıb. Baş verən bu iqtisadi proseslər isə neft, son zamanlar isə həm də qaz ixracatçısı kimi etibarlı tərəfdaşa çevrilən Azərbaycana öz ixracını artırmaq imkanı verir, həm də daha yüksək qiymətlərlə.  Dünya bazarında formalaşan yeni qaz qiymətlərinin Azərbaycanın satdığı qazın qiymətinə də təsiri olacaq. Gündəlik dəyişən qiymətlər uzunmüddətli müqavilələrə də təsir edə bilər. İqtisadçı ekspert Elşad Məmmədov mövcud vəziyyətin Azərbaycanın idxal etdiyi Aİ-95 və 98 markalı benzinlərin qiymətinə də təzyiq göstərdiyini, ancaq dövlətin bu təzyiqi neytrallaşdırmağa kifayət qədər resursu olduğunu bildirib. Qeyd edək ki, bir barrel Azərbaycan nefti ötən gün 140 dollara qədər, min kubmetr qaz isə 3000 dollara qədər bahalaşıb. 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man