Bu şəhərdə avtomobil sayı əhalinin sayından çoxdur – Amma qəza olmur 

Nəqliyyat xəbərləri 17 Fevral 2022 | 12:39
OXUNUB: 1943

İsveçrə fərdi avtomobil və motosiklet sayına görə dünyada ilk sıralarda gələn ölkələrdəndir. Avtosfer.az-ın xəbərinə görə, şəhərlərdə avtomobil xüsusilə çoxdur. Vale kantonunun isə bəzi kommunalarında (şəhər) avtomobillərin sayı əhalini üstələyir. 2021-ci ilə olan statistikaya görə, Dorenaz kommunasında hər 100 nəfərə 128 avtomobil düşür.  Bundan başqa, Ajet kommunasında hər 100 nəfərə 123, Montanada 103, Masonje, Evionaz, Şarrat və Veysonazda isə azı 102 avtomobil düşür.

Qeyd edək ki, 350 min nəfər əhalisi olan kantonda 300 min avtomobil var. Hər min sakinə 648 avtomobil düşür ki, bu da dünya üzrə yüksək göstəricilərdən sayılır. Müqayisə üçün deyək ki, Azərbaycanda hər min nəfərə təxminən 120 nəqliyyat vasitəsi düşür. 

Bir anlıq təsəvvür edin: Bakıda avtomobil sayı əhali sayına bərabər və ya ondan çox olsa nə baş verərdi? Sual ritorikdir. 

Bəs görəsən nə üçün İsveçrədə bu qədər avtomobil olduğu halda yol qəzalarında ölən və xəsarət alanların sayı bizdən dəfələrlə aşağıdır?

 

Vüqar

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man