Maşın alan dostların maşınları müsadirə edildi - Saatda 225-lə sürüblər

Nəqliyyat xəbərləri 20 Fevral 2022 | 13:00
OXUNUB: 2083

Bu hadisə 22 və 23 yaşlı 2 Fransa vətəndaşının başına gəlib. Avtosfer.az-ın xəbərinə görə, Strasburqda yaşayan 2 dost Cenevrəyə ucuz maşın dalınca gediblər. Onlar avtomobil alıb qayıdarkən Cenevrə yaxınlığında polis reydində “ilişiblər”.
Məlum olub ki, onlardan biri 110 km/saat limiti olan yolda 200 km/saat, digəri isə 225 km/saat sürətlə hərəkət edir. Gənclərdən birinin sürücülük vəsiqəsinin müvəqqəti olduğu, həm də narkotik qəbul etdiyi üzə çıxıb. Hər 2 sürücünün vəsiqələri əllərindən alınıb, avtomobillər isə cərimə meydançasına aparılıb. 
Fransa və İsveçrə qanunlarına nəzər salsaq məlum olar ki, avtomobillər böyük ehtimalla metal tullantısı kimi təhvil veriləcək. Üstəgəl, sürücülərdən biri yenidən imtahan verib vəsiqə almalı olacaq. Digəri isə təkrar oxuya bilmək üçün ilk növbədə narkotik asılılığından qurtarmalıdır. 
Maraqlıdır ki, görəsən nə üçün gənclər 10 km məsafədəki Almaniyanın Kel şəhərini qoyub 400 km yol qət ediblər?

 

Vüqar

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man