Daxiliyanma mühərrikləri üçün yeni dövr başlayır? - VİDEO

Nəqliyyat xəbərləri 13 Fevral 2022 | 11:10
OXUNUB: 1714

Klassik daxiliyanma mühərrikinin icadından 150 ilə yaxın vaxt ötsə də bəzi nəzəri məsələlər hələ də həllini tapmayıb: qənaət, resurs, yüngüllük və ekoloji məsələlər bu gün də aktualdır və Avropada ənənəvi mühərriklərin sonunu gətirən də məhz bu amillərdir.

Amma ABŞ-da yerləşən “Astrone Aerospace” şirkəti bu cür düşünmür. Şirkət yeni “Omega 1” adlı mühərrik üzərində işləyir. Bu mühərrikdə dirsəkli val, qazpaylama valı, klapan və digər mexanizmlər olmadığı üçün sürtünmə də minimumdur. Ənənəvi mühərrikdən fərqli olaraq soyutma və yağlama sistemləri böyük güc itkisinə səbəb olmur. 
İlk baxışdan “Omega 1” rotor mühərrikə bənzəsə də (Vankel mühərriki), burada ekssentrik vallar yoxdur. Bu, gücün düz xətt üzrə ötürüldüyü ilk daxiliyanma mühərrikidir. Burada irəli-geri hərəkət yoxdur. Güc 1 valdan nazimçarxa ötürüldüyü üçün faydalı iş əmsalı yüksəkdir. Detal sayı isə, 1 otbiçənin mühərrikindəki qədərdir. Layihə müəlliflərinin fikrincə, sürtünmə az olduğu üçün düzgün texniki qulluq sayəsində mühərrik 100 000 motosaat işləyə bilər. Başqa sözlə, 1 mühərrik şəhər rejimində 3 milyon, yolda isə 5 milyon km-dən çox yol qət edə bilər. 
Amma hər şey özünü praktikada doğrultmalıdır. Bunu da zaman göstərəcək.

Vüqar Yaşaroğlu 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man