Ötən il gömrükdə hibrid avtomobillərdən nə qədər rüsum yığılıb? - RƏSMİ

Nəqliyyat xəbərləri 08 Fevral 2022 | 15:41
OXUNUB: 1548

“Ötən il istehsal müddəti son 3 ili keçməyən hibrid minik avtomobillərinin idxalı zamanı əlavə dəyər vergisi üzrə 7 milyon manata yaxın vəsait toplanaraq dövlət büdcəsinə köçürülüb”.

Avtosfer.az xəbər verir ki, bunu “Report”a müsahibəsi zamanı Dövlət Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-polkovniki Səfər Mehdiyev deyib. 

Onun sözlərinə görə, cari ildə azadolmaların tətbiqi şübhəsiz ki, bu qəbildən olan avtomobillərin idxal həcmini artıracaq:

“Ümumiyyətlə, cari ildən bu dəyişikliklərin edilməsi fiskal siyasət baxımından yox, sosial siyasətin həyata keçirilməsinə xidmət etməklə, ekoloji təmiz nəqliyyat vasitələrinin ölkəyə gətirilməsini stimullaşdıracaq və eyni zamanda avtomobil parkının yenilənməsinə əlverişli şərait yaradacaq”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man