ABŞ Ukraynaya 40 patrul avtomobili VERDİ

Nəqliyyat xəbərləri 05 Fevral 2022 | 00:20
OXUNUB: 1711

ABŞ çətin relyefə malik sərhəd bölgələrində patrul xidməti aparmaq üçün Ukrayna Dövlət Sərhəd Xidmətinə 40 avtomobili təhvil verib.

"Unikal" xəbər verir ki, bu barədə cümə günü ABŞ-ın Ukraynadakı səfirliyi “Facebook” səhifəsində məlumat yayıb.
“ABŞ Ukraynaya sülh və təhlükəsizliyin möhkəmləndirilməsi səylərində dəstəyini davam etdirir. Fevralın 4-də ABŞ Ukrayna Sərhəd Mühafizə Xidmətinə texniki yardım çərçivəsində 40 tam ötürücülü "Mitsubishi" markalı avtomobil verib, - məlumatda deyilir.

Bildirilib ki, bu avadanlıq sərhədçilərə ayrılan 20 milyon dollarlıq təcili yardım paketinin bir hissəsidir. Yardıma, həmçinin, digər avtomobillər, radiorabitə, fərdi mühafizə vasitələri, çadırlar və digər avadanlıqlar daxildir.

Qeyd edək ki, fevralın 3-də ABŞ-dan Kiyevə döyüş sursatı olan yeddinci yük təyyarəsi gəlib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man