"Azərbaycanda avtomobillərin cəmi 3%-i sığortalanıb "

Nəqliyyat xəbərləri 04 Fevral 2022 | 15:59
OXUNUB: 654

Azərbaycanın sığorta bazarında yığılan sığorta haqları mövcud potensialdan 2 dəfə azdır.

Avtosfer.az xəbər verir ki, bunu Mərkəzi Bankın (AMB) baş direktoru Ziya Əliyev deyib. 

“Hazırda Dünya Bankının mütəxəssisləri ilə birgə ölkənin maliyyə sektorunun, o cümlədən sığorta sektorunun qiymətləndirilməsi həyata keçirilir. Təhlillərimiz göstərir ki, eyni gəlirə malik ölkələrlə müqayisədə Azərbaycanda sığorta bazarının sığorta haqları potensialdan iki dəfə azdır”, - deyə o, bu gün ARB24 telekanalına müsahibəsində bildirib.

2021-ci ildə sığortaçıların sığorta haqları 2020-ci illə müqayisədə txminən16% artaraq 844 milyon manata yaxın təşkil edib. 2019-cu illə müqayisədə 2020-ci ildə sığorta haqları 8% artmışdı.

“Buna görə də biz reallaşmamış artım potensialının mövcud olması qənaətindəyik”, - deyə baş direktor qeyd edib.

Z.Əliyev vurğulayıb ki, vətəndaşların daşınmaz əmlakının, nəqliyyat vasitələrinin, biznes risklərinin icbari sığortası daxil olmaqla, xüsusilə əmlak sığortasında böyük potensial var.

“Statistikaya görə, Azərbaycanda 1,2 milyon avtomobil istismardadır, lakin onlardan 36 minə qədəri, yəni mövcud maşınların təxminən 3%-i sığortalanıb (könüllü sığorta). Nəqliyyat vasitələrinin 97%-i risklərdən sığortalanmayıb və bu, bizi qane etmir”, - deyə o bildirib.

Baş direktor, həmçinin daşınmaz əmlakın icbari sığortası sahəsində vəziyyəti də qeyri-qənaətbəxş hesab edir - ölkədə 1 milyondan artıq yaşayış obyektindən cəmi 100 minə yaxın mənzil və yaşayış evi (10%) sığortalanıb.

“Biznes sektorunda sığorta (əmlak – red) obyektlərin cəmi 30%-ni əhatə edir. Bu göstəricilər onu göstərir ki, əmlakla bağlı böyük risk faizimiz var və biz bu risklərin sığortalanmasını artırmalıyıq”, - deyə Z.Əliyev vurğulayıb (İnterfaks-Azərbaycan).

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man