Bu gündən etibarən fərqlənmə nişanları onlayn qaydada veriləcək. Bu qərar paytaxt istisna olmaqla, bütün rayon və şəhərlərdə sərnişindaşıma ilə məşğul olan sürücülərə aiddir. Yükdaşıma ilə bağlı fərqlənmə nişanlarının onlayn qaydada verilməsi qaydası isə bütün ölkəyə aiddir.
Avtosfer.az-ın məlumatına görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Günay Əliyeva bildirib ki, yeni yaradılan elektron sistem müvafiq dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiya edildiyindən "Fərqlənmə nişanı"nın verilməsi üçün tələb olunan sənədlərin sayı minimuma endirilib.
Xidmət rəsmisi qeyd edib ki, vətəndaşlar müraciət zamanı digər dövlət orqanlarının informasiya sistemlərindən əldə edilməsi mümkün olmayan sənədlərin surətindən də istifadə edə biləcəklər.
Günay Əliyeva bildirib ki, vətəndaşlar Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmi internet saytına, eləcə də birbaşa e-fn.danx.gov.az linkinə daxil olaraq fərqlənmə nişanı üçün müraciət edə bilərlər.
Onun sözlərinə görə, yeni elektron sistem fiziki təmasların minimuma endirilməsi və sui-istifadə hallarının qarşısının alması məqsədilə tətbiq olunur.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man