Maşın dörd nəfərə satılıb, amma cərimələr birinci şəxsə gəlir - VİDEO

Nəqliyyat xəbərləri 29 Yanvar 2022 | 00:39
OXUNUB: 1136

Etibarnama ilə satılan avtomobilin cərimələri maşının əsas sahibinə gəlir.

Vətəndaş artıq beş  ildir ki, avtomoilini satıb, amma  buna baxmayaraq hələ də cərimələr  onun ünvanına gəlir. Bu müddət ərzində 4000 manatdan çox  cərimə borcu yığılıb.

Hadisə Cəlilabad rayonu, Pirivolnoye  kənd sakini Ruslan  Əliyevin başına gəlib. Zərərçəkmişin atası  Xanoğlan Əliyev bildirir ki,  o, 2017-ci ildə 15 BS 418  dövlət qeydiyyatlı "Niva"  markalı  avtomobilini etibarnamə ilə   həmkəndlisinə satıb. Həmkəndlisi də öz növbəsində  avtomobili başqa  bir alıcıya  satıb. Bu  minvalla maşın dördüncü alıcının  istifadəsindədir, amma avtomobilə  yazilan  cəirmələr hələ də  Ruslan Əliyevin ünvanına  gəlir.

Xanoğlan  Əliyev deyir ki, cərimələrlə bağlı  aidiyyətı qurumlara  müraciət ediblər. Məsələ ilə bağlı sorğumuza cavab verən Baş Dövlət Yol Polisi İdarəsinin   şöbə  rəisi, polis  polkovnik -leytenantı  Namidan  Piriyev    bildirdi ki, sözügüdən  avtomobil  vətəndaş  Əliyev Ruslan  Xanoğlan  oğlunun adına qeydiyyatdadır. Cərimə ilə bağlı elektron qərarlar da həmin şəxsin adına tərtib olunur. Çünki avtomobilin başqa kimlərə satılmasına dair Baş Dövlət Yol Polisi İdarəsində məlumat yoxdur.

Qeyd edilib ki, əgər vətəndaş həmin qayda pozuntularını törətməyibsə və avtomobil onun istifadəsində deyilsə, 20 gün ərzində şikayət verməlidir.

Namidan  Piriyev onu da deyib ki, avtomobil saxlandıqdan sonra inzibati xəta törədilərkən kimin istifadəsində olubsa, məsuliyyət də onun üzərinə düşəcək. O, xüsusilə vurğulayıb ki, bu cür problemlərin yaranmaması üçün avtomobil satılarkən onun sənədləşdirilməsi prosesini diqqətlə və hərtərəfli həyata keçirmək lazımdır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man