Sərxoş sürücü yol polisindən qaçarkən ağacla toqquşdu; maşın müsadirə olunacaq - FOTO

Nəqliyyat xəbərləri 28 Yanvar 2022 | 08:37
OXUNUB: 1362

Ötən gecə Lüksemburqun Rodanj kommunası maraqlı bir qəzaya şahidlik edib. Avtosfer.az-ın xəbərinə görə, Fransa polisi şübhəli avtomobili saxlatmaq istədikdə sürücü buna məhəl qoymayaraq sürəti artırıb. Sürücü Lüksemburq ərazisinə girdiyi üçün polislər təqibi dayandırıb, hersoqluqdakı həmkarlarına məlumat veriblər. 
Elə hadisədən bir neçə dəqiqə sonra Rodanj kommunasından avtomobil qəzası ilə bağlı xəbər daxil olub. Polis hadisə yerinə gələrkən 3 nəfərin Fransaya tərəf qaçdığını görüb. Onlar saxlanılaraq hadisə yerinə gətirilərkən məlum olub ki, sərxoş sürücü döngədə yüksək sürətə görə yoldan çıxaraq avtomobili ağaca çırpıb. 2 nəfər isə avtomobildən çıxa bilməyib.
Yoxlama zamanı onların hamısının sərxoş olduğu müəyyən edilib. Qəzaya düşənlərdən ikisi birinə zidd ifadə verib. Digər 2 nəfər polisə saxta sənəd təqdim edib. Tibbi yardım üçün xəstəxanaya gətirilən şəxslərdən birinin üzərindən isə heroin çıxıb. 
İndi 5 nəfər həm Lüksemburqda, həm də Fransada ayrı-ayrı epizodlar üzrə cəzalandırılacaqlar. Yeri gəlmişkən, Lüksemburq polisi artıq avtomobilin müsadirə olunmasına qərar verib.

 

Vüqar

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man