Bu xətt olan yerdə maşın saxlayanlar cərimə ediləcək - QANUN DƏYİŞİR

Nəqliyyat xəbərləri 25 Yanvar 2022 | 12:52
OXUNUB: 24113

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununa dayanma və durma qaydalarının dəqiqləşdirilməsi ilə bağlı dəyişikliklərin edilməsi nəzərdə tutulur. Layihədəki yeniliklərdən biri sarı xətlərin hüquqi mənasının bərpa olunmasıdır. Əgər bu dəyişiklik Milli Məclis tərəfindən qəbul olunarsa ondan sonra sürücülərin sarı xətt kimi tanıdığı 1.4 nişanlanması 3.27 nişanı olmadan da dayanmanı qadağan edəcək. Sürücülərin qırıq-qırıq sarı xətt kimi tanıdığı 1.10 nişanlanması isə 3.28 nişanı olmadan da durmanı qadağan edəcək. Lakin bu dəyişikliklərin edilməsindən sonra yollarda bəzək kimi tətbiq olunmuş sarı xətlərin hamısı ləğv edilməli, bu xətlər yalnız dayanmanın və durmanın qadağan edilməli olduğu yerlərdə saxlanmalıdır. Ona görə də bu dəyişiklik qəbul edilərsə, onun qüvvəyə minməsi ən azı bir ildən sonra baş verməli və bu bir il müddəti üçün yol hərəkətini təşkil edən qurumlara, xüsusən də BNA-ya və DYP-yə konkret tapşırıq verilməlidir ki, sarı xətlərlə bağlı xaotik vəziyyəti aradan qaldırsınlar. Bu xətləri yalnız qaydalara uyğun dayanmanın və durmanın qadağan edildiyi yerlərdə tətbiq etsinlər.

 

Ərşad Hüseynov

Hüquqşünas

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man