Gəncədə yol polisi narkoman sürücü və saxta nömrəli maşın aşkarladı - FOTO - VİDEO

Nəqliyyat xəbərləri 24 Yanvar 2022 | 11:09
OXUNUB: 480

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin ( ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində hərəkətdə olanChevroletmarkalı avtomobilin sürücüsünü yol hərəkəti qaydalarını pozduğu üçün saxlayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, həmin nəqliyyat vasitəsini idarə edən Emin Verdiyevin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən sürücünün narkotik vasitədən istifadə etdiyi məlum olub. Şəxs barəsində toplanmış materiallara hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib. Bundan başqa polis əməkdaşlarının keçirdikləri monitorinqlər zamanı bir neçə “VAZ” markalı avtomobil sahiblərinin qanunsuz olaraq nəqliyyat vasitələrində konstruksiya dəyişikliyi və saxta qeydiyyat nişanları ilə idarə etməsi aşkarlanıb. Həmin sürücülər ilə Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları bir daha profilaktiki söhbətlər aparıb, onlara “Yol hərəkəti” haqqında qanunun tələbləri barədə məlumat verilib, barələrində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunub.

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man