Ticarət mərkəzləri, restoranlar, böyük supermaketlər və digər ictimai iaşə obyektlərinin qarşısında qanunsuz parklama nəzarətçilərinin sayı demək olar ki, çoxalıb. Onlar bu obyektlər qarşısında maşın saxlayan adamlardan pul tələb edirlər.
Nəzərə alsaq ki, “Yol hərəkəti haqqında” qanunda belə bir ödəniş barədə müddəa yoxdur, onda parklama işçilərinin fəaliyyəti və yığdığı vəsait qeyri-qanuni hesab olunmalı deyilmi? “Parkovşik mafiyası” ilə necə mübarizə aparılmalıdır?
Avtosfer.az xəbər verir ki, Yenisabah.az-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bu parklama nəzarətçilərinin fəaliyyətini “reketçilik” adlandırıb: “Bütün ticarət mərkəzlərinin, restoranların, marketlərin və şadlıq evlərinin bir inzibatçısı olur. Onlar da, adətən, yaxın adamlarını nəzarətçisi kimi işə düzəldir və gün ərzində toplanan vəsaitin “dalından keçir”. Bu biabırçılıqdır! İnzibatçının tamahı ucbatından “brend” restoran, yaxud şadlıq sarayının da adı bədnam olur”.
Mütəxəssisin sözlərinə görə, əslində, bütün məişət-iaşə obyektləri və s. mütləq parklanma yeri nəzərə alınmalıdır: “Parklanma yerinin mövcudluğu orada mütləq nəzarətçinin olması mənası vermir. Axı kimsən ki, sənə pul verim?! Qanunda ümumiyyətlə, parklanma nəzarətçisi anlayışı yoxdur. Qanunda bu var ki, sürücü parklanma yerinə daxil olanda ödəniş etməlidir və ödəniş dövlət qeydiyyatı olan aparat vasitəsilə həyata keçirilməlidir. Ödəniş müddətindən artıq qaldıqda əlavə ödənişi etməsə, sürücü cərimələnir.
“Yol hərəkəti haqqında qanunun” 52-ci maddəsində bu hallar təsbit olunub. Orada yazılmayıb ki, parklama işçisi gələcək, sənə “xoş gəldin” deyəcək, qapını açacaq, 20 qəpik pul istəyəcək və s. Bu, bir növ, reketçilikdir”.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man