Etibarnamə verərkən DİQQƏTLİ OLUN - Adınıza on minlərlə manat borc yazıla bilər - VİDEO

Nəqliyyat xəbərləri 16 Yanvar 2022 | 00:48
OXUNUB: 12794

Son zamanların yeni dələduzluq növlərindən biri də vətəndaşları aldadaraq onların adına VÖEN açmaq, maliyyə əməliyyatları etmək, yaranmış vergi borclarını isə bu işdən xəbəri olmayan şəxslərə  yönləndirməkdir. Hər kəs bu cür hallardan qorunmaq üçün tanımadığı şəxslərə etibarnamə verərkən diqqətli olmalıdır. Özünün də xəbəri olmadan 40 min manat vergi borcu yaranan Gəncə sakini Tahir Əliyev bu cür halla qarşılaşaraq çətin vəziyyətlə üzləşib. 

Yeni tanış olduğu şəxsə inandı, VÖEN açdırıb etibarnamə verdi. Cəmi 70 manat maliyyə yardımı qarşılığında verdiyi razılıq ona baha başa gəldi. 

3 ay keçməmiş adına 40 min manat vergi borcu olduğunu öyrəndi. Hadisə 30 yaşlı Gəncə sakini Tahir Əliyevin başına gəlib. O, bunu  ölkədən çıxmaq istəyərkən sərhəddə öyrənib.

Tahir Əliyev məsələni aydınlaşdırmaq üçün onu aldadan Rövşən Məmmədov adlı şəxslə əlaqəyə girsə də heç bir nəticə əldə edə bilməyib.  Ona cavab verilib ki, yaranmış problemi özü həll etməlidir, sonra isə əlaqə itib. Bizdə ittiham olunan şəxslə əlaqə saxlamaq istəsəkdə bu mümkün olmadı. Dövlət Vergi Xidməti isə məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə edib. İndi işsiz olan Tahir Əliyev rəsmi qeydiyyatda bir neçə yerdə işləyir .Zərərçəkənin hüquq-mühafizə orqanlarına müraciəti də heç bir nəticə verməyib.

Tahir Əliyev üzləşdiyi bu problemin qısa vaxt ərzində həll olunacağına ümid edir. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man