Bakının parklanma problemi:Tariflər niyə müəyyən edilmir? - VİDEO

Nəqliyyat xəbərləri 14 Yanvar 2022 | 10:38
OXUNUB: 806

“Tariflər müəyyən edilənədək parklanma ödənişsizdir”. Paytaxtın əksər küçələrində belə məlumat lövhələri ilə qarşılaşırıq. Ancaq əksər yerlərdə də sürücülərdən pul tələb olunur. Hətta Bakı Beynəlxalq Avtovağzalının ərazisinə də daxil olmaq üçün ödəniş etməlisən.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, hər hansı dövlət qurumunun qanunvericilikdən kənar tariflər müəyyən etmək hüququ yoxdur.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Günay Əliyeva sorğumuza cavab olaraq bildirdi ki, Avtovağzal və avtostansiyalar özəl sahibkarlıq subyekti olduğu üçün, burada parklanma üçün yığılan ödənişlər qanunidir. Paytaxt küçələrindəki parklanma yerlərində tariflərin müəyyən olunmasına gəlincə isə, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev təkliflərin hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunduğunu qeyd edib.


Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man