Milyonluq avtomobillər təkərə görə geri çağırılır - FOTO

Nəqliyyat xəbərləri 13 Yanvar 2022 | 22:31
OXUNUB: 1872

“Bugatti” firması “Chiron” modelindən olan bəzi avtomobilləri geri çağırır. Buna səbəb təkərlərdə yaranan çatlardır. Avtosfer.az xəbər verir ki, “Chiron Pur Sport” modellərinin müayinəsi zamanı təkərlərdə kiçik çatlar olduğu üzə çıxıb. Geri çağırılan modellərdə təkərlər pulsuz dəyişdiriləcək. Şirkət təkərləri 4000 km və ya il yarımdan bir dəyişməyi tövsiyə edir.
Qiymətə gəlincə, “Michelin” firmasının xüsusi olaraq hazırladığı təkərlərin bir ədədi 10 000 dollardır. Təkərlər 400 km/saat sürət üçün nəzərdə tutulub. “Veyron” modelində isə təkəri yalnız zavodun əməkdaşları dəyidirə bilər. Bu zaman maşının sahibi texniklərin ölkəyə gəlib-getməsi xərcini də ödəməlidir. Bir sözlə, “Veyron”a 1 dəst təkər dəyişmək azı 50 000 dollara başa gəlir. Bizdə bu qiymətə lüks avtomobil almaq mümkündür. Amma, varlığa nə darlıq.
PS. “Bugatti Veyron” avtomobilinə minmiş şəxs kimi deyə bilərəm ki, bu avtomobildə xüsusi nə isə hiss etmədim. Bu, sırf idman avtomobilidir və gündəlik istismar üçün nəzərdə tutulmayıb.

 

Vüqar Yaşaroğlu

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man