Bu avtomobil sürücülərinə şad xəbər - Böyük güzəştlər olacaq - VİDEO

Nəqliyyat xəbərləri 11 Yanvar 2022 | 14:23
OXUNUB: 1620

Ekoloji təmiz avtomobillərin idxalını artırmaq və belə avtomobillərdən istifadəni təşviq etmək məqsədilə yeni güzəştlər paketi hazırlanır. Bu paketdə bu növ avtomobillərin sahiblərinə bir sıra güzəştlərin edilməsi nəzərdə tutulub. Güzəştlər və yeniliklər nədən ibarət olacaq?

Azərbaycanda elektomobil və hibrid avtomobillərin sahiblərinə əlavə güzəştlər edilə bilər. Belə avtomobillərin sürücülərinin gələcəkdə ödənişli yollardan ödənişsiz istifadə etmələri üçün təkliflər hazırlanır. Bu təkliflər yeni təsdiq edilən "Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi"ndə öz əksini tapıb.

Avtosfer.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin şöbə müdiri Rövşən Namazov bildirib ki, ekoloji təmiz olan avtomobillərin sahiblərini gözləyən yeniliklər bununla bitmir.

İşçi qrupuna belə nəqliyyat vasitələrinin ölkəmizdə rahat istifadəsi üçün infrasturukturun qurulması ilə bağlı təkliflərin hazırlanması da tapşırılıb. Bu avtomobillərin enerji ilə təminatı problemini həll etmək üçün parklanma yerlərində enerjidoldurucularının quraşdırılması planlaşdırılır.

Qeyd edək ki, elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerjidoldurucu qurğuların idxalı və satışı bu ildən 3 il müddətinə ƏDV-dən azad olunub. Həmçinin istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı da bu ildən 3 il müddətinə ƏDV-dən azaddır. 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man