Bu ərazidə tez-tez qəza baş verir - Sakinlər yoldan qorxu içində keçir - VİDEO

Nəqliyyat xəbərləri 09 Yanvar 2022 | 22:53
OXUNUB: 3901

Oğuz rayonunda Cavanşir və Dədə Qorqud küçələrinin kəsişməsindəki yolayrıcında tez-tez qəza baş verməsi sakinləri narahat edir. Bəzən belə qəzalara bir gündə dəfələrlə rast gəlinir. Sakinlər həmin yolayrıcında işıqfor qoyulmaqla bu problemin həll edilə biləcəyini bildirirlər.

Əzilmiş  dirəyin  üstündə olan ağ, qırmızı, göy və digər rənglər  qəzalar zamanı avtomobillərdən düşüb.

Oğuz rayonunda  Dədə Qorqud və Cavanşir küçələrinin kəsişdiyi  yer maşınların və piadaların ən çox  keçdiyi  yolayrıcılarındandır. Bu yolayrıcının yaxınlıqda məscid, Uşaq bağcası və 3 saylı məktəb yerləşir. Yolu çətinliklə keçən məktəblilərin gözləri önündə baş verən belə avtoqəzaları onları qorxudur. 

Yolda hərəkəti tənzimləyən işıqforun olmaması sürücülərin və piyadaların işini çətinləşdirir. Sakinlər burda həftədə bir neçə dəfə, bəzən isə bir gündə iki  avtoqəza olduğunu deyirlər.

Oğuz rayon İcra hakimiyyətindən bildirildi ki, rayonun yeni yaşayış massivlərində olan küçələrdə  yeni yol nişanlarının  qoyulması və sözügedən yol ayrıcına işıqforun quraşdırılması nəzərdə tutulub.

Hələki sürücü və piyadalara yolu keçərkən ehtiyatlı olmaları tövsiyyə olunur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man