Paytaxtın mərkəzindəki yeraltı parkinqin girişində dəyişiklik edilib. Məsələ ondadır ki, əvvəllər Neftçilər prospekti istiqamətində hərəkətdə olan avtomobillər dayanacağa daxil olmaq üçün sağa dönürdülər. Dünəndən etibarən isə buna qadağa qoyulub. Sürücülər dəyişikliyin onlara çətinlik yaratdığını iddia edirlər. Bakı Nəqliyyat Agentliyi yeniliyin səbəbini açıqlayıb.
Bülbül prospektində yerləşən yeraltı dayanacağın girişində dəyişiklik edilib.
Yolun sağındakı parkinqə giriş illərlə Neftçilər prospektinə gedən hissədən olub. Dünəndən etibarən isə Bakı nəqliyyat agentliyi Bülbül prospekti tərəfdən girişi rezin dirəklərlə məhdudlaşdırıb. Sürücülər yalnız Dilarə Əliyeva küçəsindən gələrək dayanacağa daxil ola bilərlər.
Sürücülər bu dəyişikliyin onlara çətinlik yaratdığını iddia edirlər. Onların qənaətincə ənənəvi yerdəki girişin bağlanması digər küçələrdə də tıxaca səbəb olur.
Bakı Nəqliyyyat Agentliyi məsələyə aydınlıq gətirib. Qurumun mətbuat katibi Mais Ağayev bildirib ki, əvvəlki giriş həm yaxınlıqdakı piyada zolağından istifadədə çətinlik yaradırdı, həm də bülbül prospektində sıxlığa səbəb olurdu.
Mais Ağayevin sözlərinə görə prospektdə hərəkət onsuz da bir istiqamətlidir. Dilarə Əliyeva küçəsi ilə kəsişmədə ancaq düzünə və sola hərəkətə icazə verilir. Bu səbəbdən qeyd olunan istiqamətdən parkinqə giriş məhdudlaşdırılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man