Qışda yanacaq sərfiyyatı niyə artır? - VİDEO

Nəqliyyat xəbərləri 25 Dekabr 2021 | 23:31
OXUNUB: 1654

Qış aylarında avtomobillərin benzin sərfiyyatı artır. Bəzi avtomobillərdə bu fərq 4-5 litrə qədər yüksəlir. Avtomobil ustaları  da sərfiyyatla bağlı müraciətlərin   çoxaldığını təsdiqləyir və deyirlər ki, bəzi qaydalara əməl edilərsə  benzinə 20 faizə qədər qənaət etmək mümkün olar.

Havaların soyuması ilə avtomobillərdə benzin sərfiyyatı artır. Sürücülər son günlər sərfiyyatın 20-30 faizə qədər çoxaldığını deyirlər.

Elə ustalar da son aylarda benzin sərfiyyatı ilə bağlı müraciətlərin xeyli artdığını bildirir. Bəzi maşınlarda sərfiyyat fərqi hətta 4-5 litrə qədər yüksəlib.

Bəzi sürücülər yaya nisbətən qışda mühərrikin isinməsi üçün avtomobili daha çox yerində işlədirlər.

Avtomobil ustası Pərviz İsmayılov bildirir ki, mühərrikin isidilməsi benzini artıran əsas faktorlardandır. Bununla yanaşı əksər sürücülər  sərfiyyatın hesablanmasını yanlış aparır.

Ustanın sözlərinə görə, hesablama yalnız birdəfəlik sürüşlə müəyyən edilməlidir. Əgər bundan sonra fərq yaranarsa,  bu halda ustaya müraciət etmək lazımdır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man