Bu ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 81 min 726 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Ölkəyə gətirilən avtomobillərin ümumi gömrük dəyəri 835 milyon 376,72 min dollar olub.
Avtosfer.az-ın Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən apardığı hesablama göstərir ki, ölkəyə idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 10 min 222 dollar (17 min 377 manat) olub.
Yanvar-noyabr ayları ərzində Azərbaycana 76 min 348 ədəd minik avtomobili, 213 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 5 min 24 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 141 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi idxal olunub.
Bundan başqa xaricdən 11 min 464 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hibrid), 153 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri gətirilib.
Hibrid avtomobillərin 1 ədədinin orta gömrük dəyəri 6 min 82 dollar (10 min 340 manat) olub. Yalnız elektrik mühərrikilə hərəkətə gətirilən 1 ədəd nəqliyyat vasitəsinin orta gömrük dəyəri isə 20 min 470 dollar (34 min 780 manat) olub.
Məlumat üçün bildirək ki, ötən ilin analoji dövrü ilə müqayisdə avtomobillərin idxalı kəskin artıb. Belə ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 47 min 841 (bu il 81 min 726) ədəd müxtəlif təyinatlı avtomobil idxal edilib.
Diqqət çəkən məqamlardan biri də idxal olunan hibrid avtomobillərin sayının kəskin artması olub. Bu növ avtomobillərin idxalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə artıb. Hibrid avtomobillərin gömrük dəyərində də 9,3% artım qeydə alınıb. Belə ki, ötən ilin ilk 11 ayında idxal olunan hibrid avtomobillərin 1 ədədinin orta gömrük dəyəri 5 min 565 dollar (9 min 460 manat) olub. /yeniavaz.com/
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man