Kim daha əliaçıqdır; “Mercedes”, yoxsa “Porsche”? - FOTO

Nəqliyyat xəbərləri 19 Dekabr 2021 | 09:01
OXUNUB: 445

Frohe Weihnachten! (Yeni iliniz mübarək). Almaniyanın “Daimler” konserni maliyyə hesabatının nəticələrini gözləmədən hər işçiyə 6000 avro mükafat təqdim edəcək. Avtosfer.az xəbər verir ki, qərar şirkətin Almaniyada işləyən 100 000 əməkdaşına şamil edilir. Şirkət bunu əməkdaşlarına pandemiya dövründə göstərdikləri fədakarlığa görə etdiyini açıqlayıb.

“Figaro”nun xəbərinə görə, alman avtomobil istehsalçılarının əməkdaşlarına il sonunda sanballı mükafat verməsi yazılmamış qanundur. Şirkətlər 50 ildən çoxdur bu məsələdə bir-biri ilə ciddi rəqabət aparır. “Mercedes” öz əməkdaşlarına 2017-ci ildə 5700, 2018-ci ildə isə 5000 avro mükafat vermişdi. 2019-cu ildə isə “Porsche” daha da irəli gedərək hər əməkdaşa 10 000 avro Yeni il hədiyyəsi ödəmişdi. Lakin “Porsche”nin işçi sayı cəmi 25 000 nəfərdir.

İndi cavabı hörmətli oxucunun ixtiyarına buraxırıq. Kim daha səxavətlidir?

 

Vüqar Yaşaroğlu

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man