Nadir “Bugatti” super sedanı satışa çıxarılıb - FOTO

Nəqliyyat xəbərləri 05 Dekabr 2021 | 23:46
OXUNUB: 2395

Almaniyanın “Schaltkulisse” şirkəti “Bugatti” EB 112 avtomobilini satışa çıxarıb..

Sedan cəmi üç nüsxədə hazırlanıb.

Avtomobil 27 aprel 1993-cü ildə markanın isveçrəli müştərisi tərəfindən sifariş edilib. Lakin maliyyə problemlərinə görə avtomobil yalnız 2000-ci ilin fevralında, demək olar ki, yeddi il sonra təhvil verilib. O vaxtdan bəri, EB 112-nin yalnız bir sahibi olub.

Avtomobili satan şirkət onun qüsursuz göründüyünü və mükəmməl işlək vəziyyətdə olduğunu iddia edir.

İyirmi ildən artıqdır ki, adı açıqlanmayan isveçrəli super sedanla cəmi 4000 kilometr qət edib. Şirkət işlənmiş “Bugatti”nin dəyərini yalnız potensial alıcı ilə şəxsi danışıqlar zamanı açıqlamağa hazır olduğunu bildirib.

Ekspertlərin fikrincə, söhbət bir neçə milyon dollardan gedir.

Qeyd edək ki, EB 112 450 at gücünə malik 6,0 litrlik V12 mühərriki və 5 pilləli mexaniki transmissiya ilə təchiz edilib. Uzunluğu 5070 millimetr, eni 1960 millimetr və hündürlüyü 1405 millimetr olan sedan yerindən saatda 100 kilometrə cəmi 4,3 saniyəyə sürətlənir.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man