Azərbaycanda avtomobillərin kəskin artmasına baxmayaraq kasko alanlar cüzi ARTIB

Nəqliyyat xəbərləri 01 Dekabr 2021 | 14:39
OXUNUB: 647

Azərbaycana avtomobil idxalının kəskin artmasına və yollarda avtomobillərin çoxalmasına baxmayaraq avtonəqliyyat vasitələrinin sığortası (könüllü avtomobil sığortası, KASKO) üzrə toplanan sığorta haqları yüksək templə artmır.

Avtosfer.az  Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-cu ilin yanvar-oktyabr dövründə (10 ayda) sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin sığortası üzrə 32 milyon 436 min manat sığorta haqları hesablanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 482 min manat və ya 1,5% çoxdur. 2020-ci ilin yanvar-oktyabr dövründə avtonəqliyyat vasitələrinin sığortası üzrə 31 milyon 954 min manat sığorta haqları hesabalanmışdı.

2020-ci ilin 10 ayı ilə müqayisədə 2021-ci ilin 10 ayında könüllü avtomobil sığortası üzrə ödənişlər 1 milyon 956 min manat və ya 18,5% artaraq 12 milyon 508 min manat təşkil edib. Ötən ilin 10 ayında KASKO üzrə ödənişlər 10 milyon 552 min manat olmuşdu.

Xəbər verdiyimiz kimi, 2021-ci ilin yanvar-oktyabr ayları ərzində (10 ayda) xarici ölkələrdən Azərbaycana 744 milyon 379 min dollar dəyərində 72 min 902 ədəd avtomobil (nəqliyyat vasitələri) idxal edilib. Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, avtomobil idxalı 2020-ci ilin 10 ayı ilə müqayisədə 30 min 75 ədəd və ya 70,12% (1,7 dəfə) çoxdur. (Marja)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man