Əhalinin daha çox hansı avtomobillərə marağı artıb – Benzin, Yoxsa Dizel?

Nəqliyyat xəbərləri 23 Noyabr 2021 | 16:17
OXUNUB: 800

Azərbaycan 2021-ci ilin ilk üç rübü ərzində idxal etdiyi minik avtomobillərini analiz etdikdə məlum olur ki, əhalinin getdikcə kiçik mühərrikli avtomobilin idxalına marağı artmaqdadır.

Avtosfer.az Banker.az-a istinadən xəbər verir ki,  Azərbaycana 2021-ci ilin yanvar-sentyabr ayları ərzində  60 540 avtomoilindən  20 197 ədədi benzinlə çalışan və mühərrik həcmi 1 000 – 1 500 sm-kub olan minik avtomobilləridir. Bu avtomobillərin miqdar baxımdan həcmi 2020-ci ilin eyni dövrünü 72% üstələyib. Bu avtomobillərin ortalama qiyməti isə  $5 755 olmaqla öncəki ilin göstəricisindən ($6 450) geri qalır. Bu avtomobillərin idxalına görə ölkəni $116.24 mln. həcmində valyuta tərk edib.

2021-ci ilin ilk üç rübündə ikinci ən çox idxal edilən minik avtomobili isə  benzinlə olan mühərrikinin həcmi 1500-3000 kub-sm olanlardır. Onların sayı  16 648 olmaqla, idxal dəyəri $258.86 mln.-dur. Bu avtomobillərin orta qiyməti cari ildə  $15 549 olmuşdur, bu öncəki ilin müvafiq dövründə $16 234 idi.

Ölkədə idxal dinamikasında isə ən çox dizel mühərrikli avtomobillərdə müşahidə edilir. Azərbaycana gətirlən mühərrik həcmi 1 500 sm-kubadək olan dizel minik avtomobillərinin idxal həcmi 84% illik artımla  6 338 ədəd olub, bu da $22.12 milyonu əhatə edir. Orta idxal qiyməti isə hər avtomobilə  $3 490 olmaqla öncəki ilin eyni dövründəki qiymətə yaxındır.

Dizel mühərrikli avtomobillərdən həcmi 1 500-2 500 kub-sm olanların hesabat ilindəki idxal miqdarı illik müqayisədə 63% artımla  7 388 ədəd və 2 500 kub-sm-dan çox olanların idxal miqdarı 5% artımla 369 ədəd təşkil edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man