İran Azərbaycana avtomobil ixracını 4 dəfə artırmaq istəyir

Nəqliyyat xəbərləri 22 Noyabr 2021 | 14:06
OXUNUB: 451

İran bu il Azərbaycana ötən illə müqayisədə 1 000 ədəd və yaxud 3,5 dəfə çox - 1 400 avtomobil ixrac etməyi planlaşdırır.

“Report” İran mətbuatına istinadən xəbər verir ki, bunu qonşu ölkənin yolların və şəhərlərin inkişafı naziri Rüstəm Qasemi İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının Tehranda keçirilmiş iclasında bildirib.

İranlı nazir əlavə edib ki, “Khodro" şirkəti Azərbaycanda yük maşınları və avtobuslar istehsal etməyə, ölkəsi isə Azərbaycanda istehsal edilən İran avtomobillərinin ixracına dəstək verməyə hazırdır.

O, həmçinin Azərbaycanda daşıma sahəsində problemlərin olduğunu qeyd edib: "Əvvəllər tranzit rahat və normal olduğu halda, son vaxtlar rüsum və daşıma xərcləri məsələsində müəyyən çətinliklərin şahidi oluruq”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man