Azərbaycanda taksi istifadəçilərinin sayı kəskin artıb

Nəqliyyat xəbərləri 17 Noyabr 2021 | 14:42
OXUNUB: 423

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda avtobuslarla 826 845,1 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 8,9% azdır.

Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, 2020-ci ilin yanvar-oktyabr aylarında avtobus nəqliyyatı ilə 907 156,4 min sərnişin daşınıb.

Məlumata görə, hesabat dövründə minik taksilərindən 74 171 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 2,1 dəfə çoxdur. Belə ki, 2020-ci ilin yanvar-oktyabr aylarında taksi xidmətlərindən 35 984,6 min nəfər istifadə edib.

Xatırladaq ki, ötən il ölkədə avtobuslarla 1 055 266,9 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 39,4% azdır. Hesabat dövründə minik taksilərinin xidmətindən 44 933,4 min nəfər istifadə edib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 37,5% azdır. Azalma koronavirus pandemiyası çərçivəsində ötən ilin aprel ayından ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədardır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man