Minik avtomobillərinin sayında kəskin artım var - FOTO

Nəqliyyat xəbərləri 16 Noyabr 2021 | 17:31
OXUNUB: 2069

Azərbaycanda 2021-ci ilin yanvar-oktyabr aylarında istehsal edilən avtomobillərin sayı açıqlanıb.

Avtosfer.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, müvafiq dövrdə ölkəmizdə 1 862 ədəd minik avtomobili istehsal edilib.

Bu istehsal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 365 ədəd və ya 24,4 faiz çoxdur. Təkcə oktyabr ayında isə 346 ədəd minik avtomobili istehsal edilib.

10 ay ərzində ölkəmizdə 581 ədəd traktor istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. Təkcə oktyabr ayında isə 71 ədəd traktor istehsal edilib.

Ümumilikdə isə 323,4 milyon manatlıq maşın və avadanlıqları, digər nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,5 faiz, maşın və avadanlıqların istehsalı 9,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 90 faiz azalıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man