Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1 862 vahid minik avtomobili istehsal olunub.
Avtosfer.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 24,4% çoxdur.
Təkcə oktyabr ayında 346 vahid avtomobil buraxılıb ki, bu da sentyabr ayı ilə müqayisədə 14,6% çoxdur.
Qeyd edək ki, noyabrın 1-nə hazır avtomobil ehtiyatı 365 vahid təşkil edib.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda minik avtomobillərinin istehsal 17,4% azalaraq 1 949 vahid təşkil edib. Ötən il minik avtomobillərinin istehsalında azalma koronavirus pandemiyası çərçivəsində ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar olub. Belə ki, 2020-ci ilin aprelindən ölkədə minik avtomobillərinin istehsalı dayandırılıb. İstehsal yalnız iyunda bərpa olunub.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man