Azərbaycanda bu görüntüsü ilə gündəm olan sürücü həbs olundu - VİDEO

Nəqliyyat xəbərləri 12 Noyabr 2021 | 10:44
OXUNUB: 3119

Bakıda motosikletlə şou göstərən sürücü saxlanıb. Həmin sürücünün əməli avtoxuliqanlıq kimi qiymətləndirilib və o, inzibati qaydada həbs edilib. Avtosfer.az xəbər verir ki, eyni anda həm əyləci, həm də qaz pedalını sıxır.

Motosiklet yerindən tərpənmədiyi üçün arxa təkər yerində dövr edir. Bu zaman ətrafa həm güclü səs yayılır, həm də təkərdən tüstü çıxır. Görüntülər bir neçə gün əvvəl paytaxtın Nəsimi rayonu Tolstoy və Səməd Vurğun küçələrinin kəsişməsində çəkilib. Həmin video sosial şəbəkələrdə də paylaşılıb və xeyli müzakirlərə səbəb olub. Kadrlardan da göründüyü kimi, həmin gəncin əməli ərazidə xidmət aparan polis əməkdaşı tərəfindən lentə alınıb.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsində araşdırma aparılıb və motosikletin sürücüsü - 19 yaşlı Əli Hidayətzadə saxlanıb. Həm özü, həm də ətrafdakı insanlar üçün təhlükə yaradan sürücü deyir ki, motosiklet özünə məxsusdur və restoranlardan birində kuryer işləyir.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli "Xəzər Xəbər"ə deyib ki, bəzən motosiklet və moped sürücüləri elə zənn edirlər ki, onlar nəqliyyat vasitəsi idarə etmirlər. Amma bu, kökündən yanlışdır. Onlar da təyinatlarına uyğun yol hərəkəti qaydasına əməl etməlidirlər.

Qeyd edək ki, motosikletin sürücüsü Əli Hidayətzadə barəsində toplanan material Nəsimi rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, avtoxuliqanlıq əməlinə görə, 1 il sürücülük hüququndan məhrum edilməklə 15 sutka inzibati qaydada həbs olunub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man