Bakıda maşını olmayan qadına dayanma-durma CƏRİMƏSİ GƏLDİ

Nəqliyyat xəbərləri 05 Noyabr 2021 | 16:27
OXUNUB: 1711

Bakıda avtomobili olmayan qadına cərimə yazılıb. Avtosfer.az xəbər verir ki, bu barədə həmin qadının bacısı Rəfiqə Məmmədzadə məlumat verib. O bildirib ki, bacısının maşını olmadığı halda ona İnzibati Xətalar Məcəlləsinin 346.1-ci (Dayanma və ya durma qaydalarını pozmağa görə) maddəsi ilə 20 manat cərimə olunması barədə mesaj gəlib.

Yaranmış anlaşılmazlıq barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Lent.az-a danışıb. Onun sözlərinə görə, cərimələr mərkəzi informasiya sistemindəki məlumatlar əsasında yazılır: “Həmin qadının adına cərimə yazılması əslində BNA-nın problemi deyil. Ona görə də onun adına əvvəllər maşın alınması, kiməsə etibarnamə verməsi dəqiqləşdirilməlidir”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man