Avtobusu qapısı açıq sürənlər cəzalanacaq? - BNA-dan AÇIQLAMA

Nəqliyyat xəbərləri 30 Oktyabr 2021 | 16:55
OXUNUB: 1050

Artıq 2021-ci ildir, lakin hələ də avtobusdan asılı qalıb gedən insanlar var. Onlar həm özlərinin, həm də digər sərnişin və sürücülərin həyatını riskə atırlar. Məsələn, redaksiamıza göndərilən fotoda 214 nömrəli avtobusta da belə "mənzərə"nin müşahidə olunduğunu görürük. Bəs avtobusun qapısı açıq halda sərnişin daşıyan sürücünü hansı cəza gözləyir?

Məsələ ilə bağlı Sonxeber.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev açıqlama verib.

O bildirib ki, Agentlik öz səlahiyyətləri çərçivəsində bu kimi hallara qarşı müəyyən tədbirlər görür:

"Təqdim edilən fotodan da bəllidir ki, "Ayşən LTD" MMC-nin müvəqqəti istismarında olan 214 nömrəli marşrut xətti üzrə avtobusun sürücüsü nəqliyyat vasitəsini həm yol hərəkəti, həm də sərnişindaşıma qaydalarına zid formada idarə edir. Doğrudur, avtobusun qapısı açıq formada idarə olunması kimi inzibati xətalara nəzarət və müvafiq tədbirlərin görülməsi birbaşa bizim səlahiyyətə aid olmasa da, Agentlik öz səlahiyyətləri çərçivəsində bu kimi hallara qarşı müəyyən tədbirlər görür. Məsələ ilə bağlı daşıyıcı şirkətin rəhbəri Agentliyə çağırılıb və bu kimi halların təkrarlanmaması üçün konkret tapşırıqlar verilib".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man