Azərbaycanda avtomobil almaq istəyənlərə rüsumlarla bağlı ŞAD XƏBƏR

Nəqliyyat xəbərləri 29 Oktyabr 2021 | 00:51
OXUNUB: 3178

Azərbaycana gətirilən avtomobillərin qeydiyyatına görə rüsumun dəyişdiriləcəyi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

Avtosfer.az xəbər verir ki, bunu baku.ws-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

Onun sözlərinə görə, avtomobillərlə bağlı idxal dövlət rüsumunun artması haqqında qanun layihəsi mövcud deyil: "Dövlət rüsumları ilə bağlı Milli Məclisdə müzakirələr aparılacaq. Rüsumların dəyişdirilməsi ilə bağlı qanun layihəsi artıq bizə gəlib. Lakin avtomobillərlə bağlı rüsumlar dəyişdirilmir".

Qeyd edək ki, ötən gün Azərbaycana gətirilən avtomobillərin qeydiyyatı ilə bağlı tutulan dövlət rüsumunun məbləğinin artırılacağı və bununla da ölkədə avtomobillərin qiymətinin bahalaşacağı iddia olunurdu.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man